Ermənistanda kinorejissor Arman Yeritsyan və ictimai xadim Karen Akopyan polis tərəfindən saxlanılıb. 

"Unikal" erməni KİV-ə istinadən xəbər verir  ki, bu barədə Karen Akopyanın vəkili məlumat yayıb. 

"Onların telefonları götürülüb, zənglərə polis əməkdaşları cavab verir. Daxildə baş verənləri həmişə olduğu kimi bilmirik.  İçməyə belə su vermirlər", - o bildirib. 

Yeritsyanın və Akopyanın saxlanılma səbəbi hələlik məlum deyil. 

Seymur Əli