İsrailin kəşfiyyat və atom enerjisi naziri Gila Qamliel İranın sonuncu Şah Pəhləvi sülaləsinin başçısı, hazırda ABŞ-də yaşayan vəliəhd Şahzadə Rza Pəhləvi ilə görüşəcək.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Şahın varisi İsrail və İran xalqları arasında münasibətləri gücləndirmək, iki xalq arasında körpü yaratmaq məqsədilə İsrailə rəsmi səfərə gedəcək.

" İsrailin kəşfiyyat naziri Gila Qamliel İranın vəliəhd şahzadəsi Rza Pəhləvini, şahın oğlu və indiyə qədər İsrailə səfər edən ən yüksək rütbəli iranlı xadimi açıq səfərdə qəbul edəcək", - bəyanatda deyilir.

Görüş zamanı İranda insan haqları ilə bağlı vəziyyəti müzakirə etmək planlaşdırılır.

"İranın vəliəhd şahzadəsi Rza Pəhləvini qəbul etmək mənim üçün böyük şərəfdir və onun ilk dəfə İsrailə səfər etmək cəsarətli qərarını yüksək qiymətləndirirəm", - nazir deyib.

Ağarza Elçinoğlu