Rusiyanın Londondakı səfiri Andrey Kelin Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında məlumat verilib.

Məlumata görə, səfir Rusiya və Böyük Britaniya vətəndaşlığı olan müxalif siyasətçi Vladimir Kara-Murzanın 25 il müddətinə azadlıqdan məhrum edilməsi ilə əlaqədar XİN-ə dəvət olunub. 

Britaniya XİN siyasətçinin cəzasını pisləyib. Onlar bunu Rusiyanın insan haqları üzrə öhdəliklərinə zidd kimi qiymətləndiriblər. 

Xarici işlər naziri Ceyms Kleverli bildirib ki, Böyük Britaniya Kara-Murza ailəsini dəstəkləməyə davam edəcək və siyasətçinin həbsində əli olanların hamısını məsuliyyətə cəlb etmək üçün gələcək addımları nəzərdən keçirəcək.

Ağarza Elçinoğlu