Parisdə və Fransanın digər şəhərlərində gecə saatlarından keçirilən pensiya islahatına qarşı kütləvi etiraz aksiyaları davam edir.  Polis etirazçılara qarşı güc tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə "The New York" Times məlumat yayıb.

Fransa prezidenti Emmanuel Makron bazar ertəsi televiziya ilə çıxışında yenidən mübahisəli pensiya islahatını müdafiə edərək, ölkənin pensiya sisteminin çökməsinin qarşısını almaq üçün pensiya yaşının 62-dən 64-ə qaldırılmasının zəruri olduğunu təkid edib.