Fransa prezidenti Emmanuel Makron Rusiya və Ukrayna arasında sülh planını həyata keçirmək üçün Çinə müraciət etmək niyyətindədir. 

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. 

Sülhün bərqərar olması üçün məyusedici addımlarla bağlı tənqidləri dağıtmağa çalışan Makron ümid edir ki, onun təşəbbüsü bu yay Moskva və Kiyevi danışıqlar masasına oturtacaq.

Xatırladaq ki, Makronun Çinə səfəri ötən gün başa çatıb. 

Fransa lideri Pekinə səfəri zamanı həmkarına deyib ki, Çin həm Ukraynada münaqişəni gərginləşdirə, həm də sülhə gətirib çıxara bilər.

Ağarza Elçinoğlu