İranın Təbriz, Senendec, Urmiya və Kərəc şəhərlərində bəzi məktəblərdə şagirdlərin zəhərlənməsi iddia edilir.

"Unikal" xəbər verir ki, onların kimyəvi qazla zəhərləndiyi iddia edilən görüntülər böyük əks-səda doğurub.

Paylaşılan videolarda bəzi qız tələbələrin zəhərlənmənin təsirindən huşsuz halda yerdə oturduğu və nəfəs almaqda çətinlik çəkdiyi, məktəbin qarşısında təcili yardım maşınlarının gözlədiyi görülüb.