Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda müharibə zamanı dövlətə xəyanətlə bağlı cinayət işi çərçivəsində respublikanın istintaq orqanları tərəfindən dindirilib. 

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir parlamentin növbədənkənar sessiyazında çıxışı zamanı bildirib. 

"Bəli, məni dindirdilər. Nə qədər lazımdırsa, sorğu-sual edəcəklər", - Paşinyan müxalifətçi deputatın sualını cavablandırıb.

Ağarza Elçinoğlu