"Əgər İranın düşmənləri bizə qarşı ən kiçik səhvə yol verərsə, Təl-Əviv və Hayfanı məhv edəcəklər".

"Unikal" xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi deyib. 

O, İranın Milli Ordu Gününə həsr olunmuş hərbi paradda çıxış edərkən bildirib ki, Amerika və digər qüvvələr regionun təhlükəsizliyini təhdid edir. 

"Amerika qüvvələri bu bölgəni mümkün qədər tez tərk etməlidir. Bu, həm onların, həm də regionun maraqlarına uyğundur. İranın mövcudluğu təhlükəsizlik yaradır, lakin xarici və düşmən qüvvələrin bölgədə olması təhlükəsizliyi təhdid edir", - deyə o qeyd edib. 

Ağarza Elçinoğlu