Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifəti ölkənin inkişafında maraqlı olmamaqda günahlandırıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə lideri Eskişehirdə çıxışı zamanı bildirib.

“Onlar istəyirlər ki, Türkiyə aşağı texnologiyalı, az əlavə dəyərli məhsullar istehsal etsin, amma yüksək texnologiyalı, yüksək əlavə dəyərli layihələr həyata keçirməsin. Yəni PUA, silahlı PUA, “Akıncı”, “Kızılelma” və “TCG Anadolu” gəmisi də istehsal olunmamalıdır”, - deyə Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, CHP və digər muxalif partiyalar Qərb ölkələrinin təsir dairəsinə düşür.