Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Türkiyəyə gətirilən FETÖ terror təşkilatının maliyyələşməsinin təşkilatçılarından olan Mehmet Cintosun həbs olunub.

"Unikal" xəbər verir ki, Mehmet Cintosun bu gün məhkəmə qarşısına çıxarılıb.

Xatırladaq ki, M. Cintosun, 1995-2014-cü illərdə FETÖ-nün Azərbaycan strukturunda rəhbər şəxs kimi fəaliyyət göstərib.

Cintosun, 2014-cü ildə Türkiyəyə qayıdıb və 2016-cı il 15 iyul çevrilişə cəhddən sonra Türkiyədən qaçıb.