Çinin paytaxtı Pekində özəl xəstəxananın stasionar bölməsində baş verən yanğında həyatını itirənlərin sayı 29-a yüksəlib.

"Unikal" xəbər verir ki, bu  barədə Çin KİV-ləri məlumat yayıb. 

***20:30

Çinin paytaxtı Pekində xəstəxananın xəstələrin qəbulu bölməsində baş verən yanğında 21 nəfər ölüb.

"Unikal" xəbər verir ki, günorta saatlarında Fingtay rayonundakı Pekin Çanfin xəstəxanasında yanğın baş verib.

Yanğın zamanı indiyədək ən azı 21 nəfər ölüb, 71 xəstə təxliyə edilib.

Əraziyə yanğınsöndürmə briqadaları, səhiyyə, təcili yardım və polis qrupları sövq edilib və yanğın nəzarət altına alınıb.

Tüstü içində xəstəxana binasının pəncərələrindən çarşaflarla asılan və binanın divarına qədər uzanan pilləkənlərə çıxmağa çalışan insanların görüntüləri sosial mediada yayılıb.

Yanğının səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalar davam edir.