"Çinin 2035-ci ilə qədər 1500 nüvə başlığına sahib olacağı gözlənilir".

"Unikal" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonda keçirilən illik silahlara nəzarət konfransında deyib. 

“Uzunmüddətli perspektivdə biz öz yanaşmamızı daha təhlükəli və rəqabətli dünyaya yenidən baxmalı və uyğunlaşdırmalıyıq. Bu isə 2035-ci ilə qədər 1500 döyüş başlığına sahib olacağı gözlənilən Çinlə əlaqəni nəzərdə tutur”, - Stoltenberq bildirib.

O qeyd edib ki, ÇXR qlobal güc olmaqla qlobal məsuliyyət daşıyır və o, silahlara nəzarət sazişlərində şəffaflığın və təhlükəsizliyin artırılmasından faydalanır.

Daha əvvəl Pekində  G7 ölkələri beynəlxalq nüvə tərksilah sistemini pozmaqda ittiham olunurdu . Çin Xarici İşlər Nazirliyinin sözçüsü Wang Wenbin brifinq zamanı bildirib ki, G7 digər ölkələri nüvə siyasətlərinə görə tənqid edir, lakin özü müqavilələri pozur.