BMT təşkilatın baş katibi Antonio Quterreşin telefonlarının dinlənilməsi ilə bağlı ABŞ-a rəsmi narahatlığını bildirib.

"Unikal" xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“Biz baş katib və digər yüksək vəzifəli BMT rəsmilərinin danışıqlarının ABŞ hakimiyyəti tərəfindən dinlənilməsi ilə bağlı son xəbərlər barədə rəsmi şəkildə narahatlığımızı bildirdik”, - BMT rəsmisi deyib.

"Biz açıq şəkildə bildirdik ki, bu cür hərəkətlər Birləşmiş Ştatların BMT Nizamnaməsində və BMT-nin İmtiyaz və İmmunitetləri haqqında Konvensiyasında qeyd olunan öhdəliklərinə uyğun gəlmir", - Baş katibin nümayəndəsi vurğulayıb.