"Növbəti həftələr və aylar Ukrayna üçün kritik olacaq,  ABŞ-ın bundan xəbəri var".

"Unikal" xəbər verir ki, bunu Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Biz bilirik ki, növbəti həftələr və aylar Ukrayna üçün kritik olacaq. Biz onlara lazım olan imkanları verdiyimizə əmin olmaq istəyirik”.

Britaniyanın “The Guardian” qəzetinin daha əvvəl yazdığı kimi, Qərb ölkələri Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin mümkün əks-hücumuna “bütün qalan vasitələrlə” - kiberhücumlar və nüvə təhlükələri ilə cavab verəcəyinə hazırlaşır . Nəşr xatırladıb ki, Böyük Britaniyanın Yaponiyada keçirilən G7 sammitindəki nümayəndə heyəti  Rusiyanın yeni ərazilər tutmaq üçün “ifrat taktika”sına hazır olmaq zərurəti ilə bağlı Qərbə xəbərdarlıq edib. Qəzetin mənbələri iddia edir ki, Böyük Britaniya “yağışlı gün üçün” öz ehtiyatlarından silahların Ukraynaya ötürülməsi imkanını nəzərdən keçirir.