Ukrayna Xarici İşlər Nazirliyi Minskdə prezident Aleksandr Lukaşenko ilə tanınmamış Donetsk Xalq Respublikasının “rəhbəri” Denis Puşilin arasında keçirilən görüşdən sonra Belarusdakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

"Unikal" xəbər verir  ki, bu barədə Ukrayna XİN məlumat yayıb. 

"Ukrayna Xarici İşlər Nazirliyi Ukraynanın Belarus Respublikasındakı səfiri İqor Kizimi məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - mətndə deyilir.