İran ordusu öz texnikasını dost ölkələrə və regiona qarşı istifadə etməyəcək.

"Unikal" xəbər verir ki, bunu İran Ordusu Quru Qoşunlarının komandanı, briqada generalı Kumars Heydəri deyib. 

Onun sözlərinə görə, digər ölkələr kimi İran da müdafiə qabiliyyətini təkmilləşdirməyə çalışır. 

"İran öz texnologiyasından dost ölkələrə və regiona qarşı deyil, ölkənin ərazi bütövlüyünü və müstəqilliyini pozmaq niyyətində olanlara qarşı istifadə edir".

Ağarza Elçinoğlu