CHP İstanbul İl sədri Canan Kaftancıoğlu  Ataşehir Örnek məhəlləsindəki ofisinə silahl hücum olduğunu bildirib.  

"Unikal" xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib. 

Ofisdən fotoları paylaşan Kaftancıoğlu, "Bu cəsarəti verən və təmsilçiliyimizə hücum edib məhv edənlərin siyasi anlayışı yoxdur və bu yalnız onların qorxaqlığıdır", - deyə ifadə edib.