Türkiyəli məşhur aktyor Dağhan Külegeç 7 ildir eşq yaşadığı sevgilisi ilə nikah masasına oturub.

"Unikal" xəbər verir ki, aktyor toy mərasimindən kadrları sosial media hesabında paylaşıb.

Toyda diqqət çəkən məqamlardan biri gəlinin geyimi olub. Xanımın cins şalvar və gül naxışlı köynək geyinməsi sosial mediada gündəm olub. 

Qeyd edək ki,  "Kavak Yelleri" serialında "Efe" obrazı ilə məşhurlaşan Dağhan Külegeç "Hırsız Polis" "Kiraz mevsimi" və "Yeni gelin" kimi seriallarda rol alıb.