İraqda qan donduran qətl hadisəsi törədilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Bəsrədə 7 yaşlı qızı konfet bəhanəsi ilə aldadıb evinə aparan şəxs uşağa təcavüz edib. 

Daha sonra isə qızı boğaraq, öldürüb. Qətldən saatlar sonra cani şəxs polis tərəfindən yaxalanıb.

Törətdiyi qətli etiraf edən qatil polisin müşayiəti ilə hadisə yerinə aparılıb və qətli necə törətdiyini danışıb. Cinayətkar qızın cəsədini zibil qutusuna atdığını açıqlayıb.  

İraq prezidenti Əbdüllətif Rəşid qatilin ən ağır şəkildə cəzalandırılması lazım olduğunu vurğulayıb.