Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-ın dünyadakı siyasətini sərt şəkildə tənqid edib.

"Unikal" "Aydınlık" qəzetinə istinadən xəbər verir ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu Böyük Britaniyada ard-arda 3 baş nazirin dəyişdirilməsini əsas gətirərək ABŞ və Avropada demokratiyanın sınaqdan çıxmadığını bildirib.

Soylu Aİ-nin bu gün mövcud olmadığını və sadəcə ABŞ-ın əlavəsi olduğunu iddia edib.

"ABŞ get-gedə öz reputasiyasını itirir və bütün dünya ABŞ-a nifrət edir", - türkiyəli nazir bildirib.

Gülayə Mecid