Rusiyalı publisist Aleksandr Arxangelski Gürcüstana buraxılmayıb. 

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Arxangelski özü yayıb.

Dediyinə görə, onu Abxaziya ilə bağlı ətraflı sorğu-sual ediblər, orada olub-olmadığını, nə dediyini, nəyi demədiyini və s. Bundan sonra publisistə Gürcüstan ərazisinə buraxılmayacağı və eyni təyyarə ilə geri göndəriləcəyi bildirilib. Qərarın səbəbi açıqlanmayıb.

Arxangelski həmmüəllifi olduğu "Aclıq" sənədli filminin nümayişi üçün Tbilisiyə gedirmiş. Onun sözlərinə görə, tədbirdə uzaqdan iştirak edəcək.

Ağarza Elçinoğlu