Rusiya prezidenti Vladimir Putinin Luqansk və Xerson vilayətlərinin işğal olunmuş ərazilərinə səfərinin bir neçə məqsədi var idi.

"Unikal" xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri hesabatlarında bildiriblər.

Onlar qeyd ediblər ki, Putin işğal olunmuş Ukrayna ərazilərinə səfəri zamanı Ukraynanın gələcək əks hücumu fonunda hərbi lider kimi çıxış edib.

Bundan əlavə, ekspertlər hesab edirlər ki, Putinin səfəri həm də Kiyevin əks-hücumundan əvvəl potensial günah keçilərini aşkara çıxarmaq məqsədi daşıyır. Rusiya lideri, hökumətyönlü media və hərbi müxbirlər Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu getdikcə daha çox müzakirə edirlər və çox güman ki, Kreml Rusiya informasiya məkanını ya hərbi uğursuzluqlar, ya da əks-hücum təhlükəsi üçün hazırlayır.

Bundan əlavə, nəşrdə qeyd edildiyi kimi, Rusiya prezidentinin ordu başçıları ilə nümayişkaranə görüşləri hərbi komandanlıqda və ola bilsin ki, Kremlin yaxın çevrəsində gözlənilən müntəzəm dəyişiklikləri təsdiqləyir.