Rusiyanın Nijni Novqorod vilayətindəki plastik zavodunda güclü yanğın baş verib. 

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki yanğının ümumi sahəsi 3,5 min kvadratmetr olub. Hadisə nəticəsində zavodda bir neçə partlayış qeydə alınıb. 

Vilayətin Fövqəladə Hallar Nazirliyi yanğın sahəsinin dörd min kvadratmetrə qədər artdığını açıqlayıb. Yanğının hələ də davam etdiyi bildirilir. 

Yanğınsöndürmə işlərinə 32 nəfər və 8 texnika cəlb olunub. Ölən və yaralananlar barədə məlumat verilmir.

Ağarza Elçinoğlu