Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Kahramanmaraşda zəlzələdən zərər çəkənlər və zəlzələ sonrası bölgədəki işləri ilə diqqət çəkən şəxsləri iftar süfrəsinə dəvət edib. 

"Unikal" xəbər verir ki, Türkiyənin birinci xanımı Dövlət Qonaqlığında təşkil edilən iftar proqramında sözügedən şəxslərlə görüşüb. 

İftar süfrəsində köhnə maşını ilə qardaş ölkəyə yardım aparan azərbaycanlı Sərvər Bəşirli də iştirak edib.

Ağarza Elçinoğlu