"Azərbaycan mənim üçün tolerantlığına görə unikal ölkədir". 

"Unikal" xəbər verir ki, bunu rusiyalı yazıçı, tarixçi Gennadi Jiqarev deyib.

O, Rusiyanın "Mədəniyyət" telekanalının çəkiliş qrupu ilə birgə Azərbaycanda Qafqaz Albaniyası haqqında filmin çəkilişləri zamanı bildirib ki, 110-dan çox gəzdiyi ölkədə Azərbaycan xalqının tolerantlığı xüsusi diqqətini çəkib:

"Mənim üçün azərbaycanlıların qoruyub saxladığı tolerantlıq heyrətamizdir və o, burada məskunlaşmış xalqlarla Azərbaycan dövlətinin bütün tarixindən keçmiş dinlərin qarışığı nəticəsində yaranıb. Mən planeti çox gəzmişəm, 110-dan çox ölkədə olmuşam, lakin Azərbaycan və onun xalqının tolerantlığı məni sevindirir. Azərbaycanda müxtəlif dinlərə mənsub bütün insanlar - yəhudilər, pravoslavlar, müsəlmanlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. 

Əslində biz çəkiliş qrupu ilə Azərbaycanda baş verənlərdən sevinirik. Bir çox ölkələrdən fərqli olaraq burada canlanma hiss olunur, əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində fəal quruculuq prosesi gedir. Hər gün becərilən, baxımlı tarlaların yanından keçirik. Bu isə o deməkdir ki, ölkə məskunlaşır və burada həyat yaxşılaşır".

Ağarza Elçinoğlu