Kuba Xalq Hakimiyyəti Milli Assambleyasının (birpalatalı parlament) deputatları çərşənbə günü hazırkı dövlət başçısı Migel Diaz-Kanel Bermudesi 2028-ci ilə qədər respublikanın prezidenti seçiblər.

"Unikal" xəbər verir ki, Parlamentin iclası Kubanın dövlət televiziyası ilə yayımlanıb .

İclasda iştirak edən 462 deputatdan 459-u Diaz-Kanelin namizədliyinin lehinə səs verib. Hazırkı vitse-prezident Salvador Valdez Mesa yenidən Kubanın vitse-prezidenti seçilib