Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kubaya rəsmi işgüzar səfər edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya xüsusi uçuş dəstəsinin İL-96 təyyarəsi paytaxtın hava limanına enib. 

Rusiyalı nazirin Latın Amerikası turunun son nöqtəsi Kuba olacaq. Sergey Lavrov əvvəllər Braziliya və Karakasa səfər edərək Nikaraquanın paytaxtı Manaquadan birbaşa Havanaya uçub.

Səfərin proqramına Kuba rəhbərliyi ilə görüşlər daxildir. Lavrov Kubanın xarici işlər naziri Bruno Rodriges və respublika prezidenti Migel Dias-Kanel ilə danışıqlar aparacaq.

Ağarza Elçinoğlu