"Yaxın 1 ay ərzində evlərdə istilik də daxil olmaqla bütün təbii qaz istehlakı üçün heç bir ödəniş alınmayacaq"

"Unikal" xəbər verir ki, bunu Filyosdakı mərasimdə alovlandırdığı məşəllə Qara dəniz təbii qazı quruya verilmə mərasimdə çıxış edən prezident Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Onun sözlərinə görə, mətbəx və isti su istehlakı üçün tələb olunan və ayda orta hesabla 25 kubmetrə bərabər olan təbii qazın dəyəri 1 il müddətində hesablardan çıxılacaq.

Ərdoğan yaxın 1 ay ərzində də evlərdə istilik də daxil olmaqla bütün təbii qaz istehlakı üçün heç bir ödəniş alınmayacağı ilə bağlı müjdə verib.