Tanınmış sahibkar və milyarder İlon Mask bir gündə 12,6 milyard dollar itirib.

"Unikal" xəbər verir ki, buna ilk sınaq buraxılışı zamanı SpaceX Starship-in partlaması olub. 

Hazırda, Bloomberg Milyarderlər İndeksinə (BBI) görə, Maskın dəyəri təxminən 164 milyard dollardır və milyarderlər siyahısında ikincidir. 12,6 milyard itki bu il dünyada ən böyük gündəlik itki hesab olunur.

Xatırladaq ki, SpaceX Starship ikinci buraxılış cəhdi zamanı Texasdakı Starbase-dən uğurla buraxılıb.. Ancaq havada kosmik gəmi birinci mərhələdə olan "Super Heavy" daşıyıcıdan ayrıla bilməyib və hər ikisi partlayıb.