Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Nyu-Yorka uçması dünyada ən çox izlənən uçuş olub.

"Unikal" xəbər verir ki, bununla bağlı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova paylaşım edib.

Onun sözlərinə görə, Lavrovun təyyarəsini eyni zamanda 700 mindən çox insan izləyib. Bu uçuşa ümumilikdə 3 milyon insan baxıb.

Qeyd edək ki, insanlar təyyarələrin uçuşlarını real vaxt rejimində izləməyə imkan verən “Flightradar” onlayn xidmətindən istifadə etməklə həmin uçuşu izləyib.