Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ukraynalı həmkarı ilə görüşüb.

"Unikal" xəbər verir ki, spiker bu barədə tviter səhifəsində paylaşım edib.

"Aİ Parlament Sədrləri Zirvəsi üçün gəldiyimiz Praqada Ukrayna parlamentinin spikeri Ruslan Stefançukla bir araya gələrək məhsuldar görüş keçirdik. Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü güclü şəkildə dəstəklədiyimizi bir daha ifadə etdiyimiz görüşdə Türkiyə olaraq prosesin başında olduğu kimi qlobal sülhün təsisi üçün diplomatik mübarizəmizi davam etdirəcəyimizi bildirdik. Arzumuz savaşın daha çox itkiyə, dağıntıya və zərərə yol açmadan tez bir şəkildə bögəmiz üçün qalıcı, Ukrayna üçün ədalətli sülhlə sonlanmasıdır", - deyə o qeyd edib.