Evdə istehsal etdiyi məhsulları internet və buna bənzər platformalarda satanlar vergidən azad ediləcək.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.  

Ərdoğan müxtəlif sahələrdə fəaliyyət göstərən kiçik biznes sahiblərinin vergidən azad olunduğunu qeyd edib:

“Əvvəlki illərdə etdiyimiz tənzimləmə ilə sadə üsulda vergiyə cəlb olunan kiçik biznes sahiblərinin qazanclarını gəlir vergisindən azad etmişdik. Bərbər, dərzi, baqqal, tərəvəz satıcısı, taksi sürücüsü, mikroavtobus sürücüsü kimi işlərlə məşğul olanlar gəlir vergisi ödəmirdi. Hazırda 830 min kiçik biznes sahibi həm gəlir vergisindən azad olunmanın bəhrəsini görür, həm də ƏDV ödəmir".