Qazaxıstanın keçmiş baş naziri, Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Kərim Məsimov 18 il müddətinə azadlıqdan məhrum edilib.

"Unikal" xəbər verir ki, bu barədə Astana Rayonlararası Məhkəməsi qərar qəbul edib. 

O, dövlətə xəyanət, hakimiyyəti qəsb etməyə cəhd və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinərək həbs olunub. 

Məsimov və onun müavinləri də ömürlük Qazaxıstan ərazisində istənilən dövlət vəzifəsini tutmaq hüququndan məhrum ediliblər.

Ağarza Elçinoğlu