Vladimir Putin mayın 9-da Qırmızı Meydandakı Qələbə Paradında çıxış etmək niyyətindədir.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

Qeyd edək ki, o, Moskvada Qələbə Paradının hava hissəsinin ləğv edildiyini bildirib: "Kreml paradın hansı elementlərinin keçiriləcəyi barədə operativ məlumat verəcək, lakin bu barədə danışmaq hələ tezdir".

Ağarza Elçinoğlu