Ruslar Donetsk vilayətinin Baxmut şəhərini işğal etmək üçün "Suriya taktikası"ndan istifadə edirlər. 

"Unikal" xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar "Telegram"da yazıb. 

Onun sözlərinə görə, hazırda Marin, Avdiiv və Baxmut istiqamətlərində düşmənin hücum cəhdləri müşahidə olunur.

Malyar qeyd edib ki, hazırda ən qızğın döyüşlər Baxmut və Maryinka uğrunda gedir. 

Qeyd edək ki, "Suriya taktikası"na binaların tamamilə məhv edilməsi daxildir.

Ağarza Elçinoğlu