Türkiyənin Van şəhərində iranlı turistləri daşıyan avtobus aşıb. 

"Unikal" xəbər verir ki, Özalp rayonunda baş verən qəza nəticəsində 12 nəfər yaralanıb.

Məlumata görə, qəzaya səbəb yağışlı havada sürücünün idarəetməni itirməsi olub. 

Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.

Ağarza Elçinoğlu