Qaradağ
Xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini təqdim edən ən əziz bayramı - Novruz bayramı Qaradağ rayonu ərazisində geniş qeyd olunmuşdur.

Bayram münasibəti ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heydər Əliyev parkında geniş tədbir təşkil olunmuşdur.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatları Ağalar Vəliyev, Mixail Zabelin, Şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak etmişlər.

Rayon rəhbərliyini qarşılayan Dədə Qorqud hamını Novruz Bayramının gəlişi ilə təbrik etdi. Sonra ənənəyə uyğun olaraq tonqal qalandı.

Tədbirdə rayon rəhbərliyini və qonaqları ilə müşayiət edən Novruzun əsas personajları Bahar qızı, Keçəl və Kosa təşkil olunmuş bayram şənliyində gənc rəssamların əl işlərindən ibarət sərgi ilə tanış oldular. Şənlikdə aşıqlar və gənc xanəndələr, rayonun bədii özfəaliyyət kollektivlərinin çıxışlarına tamaşa etdilər. Xalqımızın adət-ənənələri canlandırılmış, məktəblilər şeir oxumuş, pəhləvanlar və kəndirbazlar öz məharətlərini göstərmişlər.

Qaradağ
Qaradağ
Qaradağ rayonunda Novruz bayramı qeyd olundu