İrəvanda keçirilən aksiyada etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyanın fotosunun üzərinə kəsilmiş donuz başı atıblar. 

"Unikal" xəbər verir ki,  sözügedən görüntüləri "Sputnik Armenia" yayıb. 

Qeyd edək ki, mitinq iştirakçıları 44 günlük müharibənin nəticələrinə və Ermənistan hakimiyyətinin hazırkı xarici siyasət kursuna etiraz edirlər.

***11:43

Ermənistanda Qarabağ müharibəsində öldürülən hərbçilərin valideynləri hökumət binasının qarşısına toplaşıb.

"Unikal" erməni mediasına istinadən xəbər verir ki,  əraziyə çox sayda polis qüvvələri cəlb olunub. 

Aksiya iştirakçıları başda Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyanın olmaqla dövlət rəsmilərinin fotolarının üzərinə qırmızı boya töküblər. 

Gülayə Mecid