"Yunanıstan təqaüdçülərinin tələblərini ödəmək üçün 100 ada satdı, tezliklə biz də bu vəziyyətlə qarşılaşacağıq". 

"Unikal" xəbər verir ki, bunu İran Əmək Nazirliyinin Sosial Sığorta xidmətinin Baş direktoru Səccad Padam deyib. 

"Biz təqaüdçülərin maaşını ödəmək üçün Kiş, Qeşm və Xuzistanı satmalı ola bilərik. 3 milyon barel nefti sanksiyalarsız satsaq və tam məbləği alsaq belə, hələ də pensiyaçıların böhranını həll edə bilmərik. 5 ayda 85 min milyard tikinti işləri görməli idik, ancaq bunun yalnız 20 faizi icra olunub", - deyə Baş direktor qeyd edib. 

Ağarza Elçinoğlu