NATO regiondakı müttəfiqlərlə vaxtaşırı məsləhətləşmələr aparmaq üçün Tokioda Asiyada ilk əlaqə ofisi açacaq.

"Unikal" xəbər verir ki, bu barədə Yaponiya və NATO rəsmilərinə istinadən məlumat yayılıb.

Bölmə alyansa Yaponiya və Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya kimi regiondakı əsas tərəfdaşları ilə vaxtaşırı məsləhətləşmələr aparmağa imkan verəcək. Qeyd olunur ki, “Çin və onun Rusiya ilə əməkdaşlığı blok üçün yeni çağırışa çevrildiyindən” əlaqə ofisinin açılması zəruridir.