Meksikanın Çihuahua ştatında yol kənarında dirəkdən asılmış kişi meyiti tapılıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə polis cəlb olunub. Hüquq-mühafizə orqanları meyitə baxış zamanı şəxsin cibindən məktub tapıblar. 

Məktubda "O, təcavüzkar olduğu üçün taleyi belə gətirdi... 5 yaşlı qıza təcavüz etmişdi", - deyə qeyd olunub. 

Ayaqlarından asılmış kişinin meyiti tibbi-ekspertizaya göndərilib. Ştat polisi hadisə ilə bağlı araşdırmalara başladığını açıqlayıb. 

Seymur Əli