"Ukrayna PUA-larının Kremlə hücumu hazırda araşdırılır". 

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. 

"Moskva bilir ki, Kiyev zərbələr üçün həm vasitələri, həm də hədəfləri Vaşinqtonun diktəsi ilə seçir. Moskva Rusiya xüsusi xidmət orqanlarının məlumatlarına əsaslanaraq Kiyevin Kremlə hücumda əli olduğunu hesab edir. Kiyevin Kremlə hücumunun arxasında Vaşinqton dayanır, ABŞ-ın Kremlə dronlarla hücum olunmasını rədd etmək cəhdləri gülüncdür",-  deyə Peskov qeyd edib. 

Həmçinin,  Kreml hadisəni terror aktı adlandırıb