Rusiya və Hindistan ucuz neft alveri üçün valyuta ilə bağlı razılığa gələ bilməyib.

"Unikal" "Reuters"ə istinadən xəbər verir ki, Moskva rupi ilə ödənişi qəbul etməkdən imtina edib. Hazırda Hindistan və Rusiya vəziyyəti həll etmək səylərini dayandırıb.

Qeyd edək ki, Hindistan Rusiyadan ucuz neft və kömür idxalı qarşılığında valyutanın konvertasiyası xərclərini azaltmaq üçün daimi rupi ilə ödəmə mexanizmini işə salmaq istəyirdilər.

Moskva hesab edir ki, rupilərin yığılması arzuolunmazdır, çünki rupi tam konvertasiya olunan valyuta deyil. 

Rusiya bəyan edib ki, o, Çin yuanı və ya digər valyutalarla ödəniş etmək istəyir, lakin rupi ilə deyil.

Onu da deyək ki, Rusiya özü xarici borclarını dollarla ödəməkdən imtina edərək rublla ödəməyə başlamışdı. 

Ağarza Elçinoğlu