Hindistanın cənubundakı Kerala ştatında turist gəmisi batıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə  ştat polis sözçüsü məlumat yayıb. Bildirilir ki, həddindən artıq sıxlıq ikimərtəbəli gəminin batmasına səbəb olub.

Hadisə nəticəsində 21 nəfər ölüb. Xilasetmə işləri davam edir. 

Seymur Əli