NATO Rusiya qırıcısının Polşa hərbi təyyarəsinin müşayiət etməsindən sonra Qara dəniz regionunda “hava polisi”nin missiyası çərçivəsində alyansın hərbi hava qüvvələrinin hazırlığını artırıb.

"Unikal" xəbər verir ki, bu barədə “Reuters“ NATO nümayəndəsinə istinadən məlumat yayıb.

“Cümə günü Rumıniya sahillərində Qara dəniz üzərində Polşanın “Frontex” hərbi təyyarəsi yaxınlığında Rusiyaya məxsus hərbi təyyarənin təhlükəli davranışı nəticəsində NATO-nun hava polisi missiyasının təyyarələri yüksək hazırlıq vəziyyətinə gətirilib”, - məlumatda deyilir.