"Türkiyədə siyasi stabillikdə monarxist olan qüvvələri bir-bir dəf etdik".

"Unikal" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Millətimizin iradəsinə qoyulan böhran, xaos, çevriliş və siyasi qeyri-sabitliyin buxovlarını bir-bir qırdıq. Müxalifətin əngəllədiyi, marginal təşkilatların sabotaj etdiyi layihələrimizi saymağa çalışsaq, bitirə bilmərik. Amma biz bu siyasətə boyun əymədik və öz əsərlərimizlə ölkəmizi bəzədik. Mayın 14-dən sonra Türkiyənin böyüməsi və güclənməsi üçün çalışmalarımızı davam etdirəcəyik", - deyə Prezident qeyd edib.