Ukrayna Prezident Aparatının əməkdaşı Aleksey Titarenko cəbhə xəttində öldürülüb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna PA-nın rəhbəri Andrey Yermak yazıb. 

Titarenko Zelenskinin ofisində Daxili və Humanitar Siyasət Direktorluğunun baş məsləhətçisi vəzifəsində çalışıb. O, Donetsk vilayətində gedən döyüşlərdə həlak olub. 

Ağarza Elçinoğlu