"Bizim olan nə varsa Azərbaycanındır".

"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.

O xatırladıb ki, Azərbaycan Ermənistanın torpaqlarını işğal etməyib: "Əksinə, 30 ildən sonra öz torpaqlarını azad edib".