“Azərbaycanda “MİQ-29” döyüş təyyarəsini idarə etmək həyatımda ən unudulmaz anlardan biri idi”.

“Unikal" report-a istinadən xəbər verir ki, bunu “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar “Hədəf Kızılelma” sənədli filminin təqdimatı zamanı bildirib.

Bayraktar əlavə edib ki, həyatda hər kəs üçün unudulmaz anlar var:

“Azərbaycanda “MİQ-29”u idarə edərkən artıq 42 yaşım var idi. Lakin bu yaşıma qədərki ən önəmli anlardan biri idi”.