"Alyans silah istehsalının həcmini artırmalıdır".

"Unikal" xəbər verir ki, bunu bu gün Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Bizə indi və uzunmüddətli perspektivdə investisiya və istehsal gücü lazımdır. Biz düzgün istiqamətdə irəliləyirik, lakin təhlükəli dünyanın tələb etdiyi qədər sürətlə deyil”, - Şimali Atlantika Müqaviləsi Təşkilatının baş katibi deyib.

Rusiya işğalına müqavimət göstərmək üçün Ukrayna hər gün 10 min top mərmidən istifadə edir ki, bu da Qərbin arsenalını tükəndirib.

NATO-nun iyulun ortalarında Litvada keçiriləcək sammitində hərbi istehsalın artırılması ilə bağlı qərarların qəbul ediləcəyi gözlənilir.